Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real Madrid"ə Arda Gülerlə bağlı müjdə

Tarix: 1 Dekabr 2023 11:42

"Real Madrid"in türkiyəli ulduzu Arda Gülerlə bağlı sevindirici hadisə yaşanıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Arda yenidən fərdi məşqlərə başlayıb. "Marca" qəzetinin məlumatına görə, Arda Gülerlə yanaşı Tşouameni də fərdi məşqlərə başlayıb. Məlumata görə, bu futbolçuların zədəsi tamamilə sağalmaq üzrədir. Arda Gülerin meydana çıxmağa tələsmədiyi vurğulansa da, onun ilk matçını səbirsizliklə gözlədiyi bildirilib.

"Real Madrid"ə gəldiyi gündən zədələrlə mübarizə aparan Ardanın ilk matçına çıxmaq üçün münasib vaxtı gözlədiyi vurğulanıb. Bu səbəbdən onun məşqlərini çox sakit davam etdirdiyi bildirilib.

Milli.Az


Etiketlər:  Real Madridə Arda Gülerlə bağlı müjdə


RƏYLƏR