Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2023 20:54
İtaliya, Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində yaradılmış iqlim dəyişikliyindən itkilər və zərərə görə inkişaf etməkdə olan ölkələrin kompensasiyası üçün yeni fonda 100 milyon avro ayıracaq.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corca Meloni COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində çıxışı zamanı deyib.
"İtaliya ən yoxsul və həssas ölkələrə təbii fəlakətlərin öhdəsindən gəlməyə kömək etmək üçün yeni fonda 100 milyon avro ayıracaq", - o bildirib.
Onun sözlərinə görə, qida təhlükəsizliyi ölkənin xarici siyasətində strateji prioritetdir.