Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskva aeroportlarında 40-dan çox reys ləğv edildi

Moskva aeroportlarında 40-dan çox reys ləğv edildi

Tarix: 2 Dekabr 2023 11:56

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 40-dan çox reys gecikib və ya təxirə salınıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Yerli vaxtla saat 07:26-ya olan məlumata görə, Vnukovoda 13 reys gecikib, daha yeddi reys təxirə salınıb. 

Domodedovoda 12 reys gecikib, ikisi ləğv edilib, Şeremetyevoda yeddi reys gecikib. 

Həftənin əvvəlində Moskva hava limanlarında 80-ə yaxın reys təxirə salınıb və ya ləğv edilib. 

Milli.Az


Etiketlər:  Moskva aeroportlarında 40 dan çox reys ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ