Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahzadə Diananın nişan koftası bu qiymətə hərraca çıxarılır - FOTO

Şahzadə Diananın nişan koftası bu qiymətə hərraca çıxarılır - FOTO

Tarix: 2 Dekabr 2023 16:00

Qarşıdan gələn auksion mövsümünün əsas elementi Şahzadə Diananın qarderobundan olan paltar olacaq.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, 1981-ci ildə Şahzadənin məşhur nişan portretində əks olunan çəhrayı "Emanuels" şifon kofta hərraca çıxarılır.

Kofta məşhur dizaynerlər David və Elizabeth Emanuel tərəfindən hazırlanmışdır. Moda mütəxəssislərinin fikrincə, bu, sadəcə gözəl bir geyim parçası deyil, həm də Diananın moda dünyasına girişinin rəmzidir. Məhz, bu kofta onun unudulmaz gəlinliyinin yaradılmasına ilham vermişdi.

Açıq çəhrayı rəngli kofta yaxalı, büzmə qolludur, sinənin altından bağlanan atlas lenti var. Koftanın başlanğıc qiyməti 80.000-100.000 ABŞ dollarıdır. "Glamur, Lütf və Möhtəşəmlik: Klassik Hollivud Auksionu" adlı hərracda bütün zamanların ən böyük stil ikonalarından bir çox simvolik parçalar nümayiş olunacaq.

Hərracda həm moda dünyası, həm də Hollivud tarixində ən məşhur dizaynerlərin əsərləri satışa çıxarılacaq. Nişandan sonra "Vogue" jurnalı üçün foto çəkilən zaman Diana bu koftanı geyinib. Şahzadə Diana həmin ərəfədə jurnalın moda redaktoru Anna Harvidən dəb məsləhəti almışdı.

Qeyd edək ki, Harvi Diananın ilkin üslubunun formalaşmasında və ona moda dünyasında köməklik etməkdə əsas rol oynayıb. Çəhrayı şifon kofta da məhz bu formalaşma dövründə Dianaya təqdim edilən variantlardan biri idi. Kofta 1980-ci illərin əvvəllərində Diananın üslubunu müəyyən edən görünüşün yaradılmasında əsas elementə çevrilib. Həm də "Vogue" jurnalında dərc olunan bu portret 1981-ci ildə Çarlz və Diananın nişanlanmasının rəsmi elanı ilə üst-üstə düşür. Hərracda "Emanuels" koftası ilə yanaşı, Diananın qarderobundan daha bir möhtəşəm əşya satışa çıxarılacaq.

Bu, Diananın 1985-ci ildə Florensiyada geyindiyi Jak Azaqurinin gecə paltarıdır. Foto: Paltarda çiyin yastıqları, üzərində ulduzlarla işlənmiş qara məxmər korset və iki qatlı göy rəngli orqanza ətək var.

Qeyd edək ki, bu ətək Şahzadə Diananın baletə olan marağını əks etdirir. Onun qiymətinin 79,360 funt sterlinq ilə 158,720 funt sterlinq arasında olacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Şahzadə Diananın nişan koftası bu qiymətə hərraca çıxarılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ