Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayıbını çantası ilə ört-basdır etmək istədi, amma bütün bədəni... - FOTO

Ayıbını çantası ilə ört-basdır etmək istədi, amma bütün bədəni... - FOTO

Tarix: 4 Dekabr 2023 11:22

Hollivud ulduzu Ceniffer Lopez növbəti dəfə paparassilərin obyektivinə tuş gəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, fotoqrafların onu lentə aldığını görən diva, yalnız ombasını çanta ilə örtməyə çalışıb, amma bütün bədənini gizlədə bilməyib.

Belə ki, dekabrın 2-də aktrisanın məşqindən yeni görüntülər internetə sızdırılıb. Ulduz şəffaf parçadan hazırlanmış dar libas geyinərək fitnes mərkəzinə gəlib. Paparassilərlə qarşılaşacağına ümid etməyən CeyLo maşından düşərək pilləkənləri qalxmağa başlayıb, lakin kameraları görəndə cəld çanta ilə ombasını örtməyə çalışıb.

Divanın belə bir manevri yalnız onun daha çox diqqət mərkəzinə düşməsinə səbəb olub. Fotoqraflar onun budları açıq vəziyyətdə bir neçə kadr çəkiblər. Onlayn pərəstişkarları Cenniferin əyrilərinin sosial şəbəkələrdəki fotoşəkillərdə olduğu kimi mükəmməl görünmədiyini qeyd ediblər.

Bununla belə, 54 yaşlı ulduzun bundan o qədər də narahat olmadığı açıq-aydın görünür. O, cəsarətlə iki saat dəbdəbəli bədəni üzərində işlədiyi zala daxil olub.

"Yaşına görə heyrətamiz görünür - bununla mübahisə edə bilməzsiniz!", - bəzi izləyiciləri yazıblar.

Hətta son zamanlar sənətçinin işlərinin planlarına uyğun getmədiyi, onun çətin günlər yaşadığı vurğulanır.

Milli.Az


Etiketlər:  Ayıbını çantası ilə ört basdır etmək istədi amma bütün bədəni FOTO


RƏYLƏR