Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Levandovski "Barselona"dan vaxtından əvvəl gedə bilər

Levandovski

Tarix: 4 Dekabr 2023 12:06

"Barselona"nın hücumçusu Robert Levandovski müqaviləsi bitməmiş klubu tərk edə bilər. 

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Nəşrin məlumatına görə, futbolçunun müqaviləsində 2024-2025-ci illər mövsümündən sonra matçların 55%-dən az iştirak etməsi şərti ilə İspaniya klubu müqaviləni vaxtından əvvəl ləğv edə biləcək bənd var. Futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Ətraflı

Bu La Liqa mövsümündə polşalı forvard 15 mümkün matçdan 13-də meydana çıxıb, 7 qol (ikisi penaltidən) və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Levandovski Çempionlar Liqasının 5 oyunundan 4-də iştirak edib, cəmi bir dəfə qol vura bilib. 

Polşalı ulduz 2022-ci ildə "Barselona"ya keçib. Bundan əvvəl polşalı hücumçu 8 il "Bavariya"da çıxış edib. 2010-2014-cü illərdə forvard Dortmund "Borussiya"sında forma geyinib.

Milli.Az


Etiketlər:  Levandovski Barselonadan vaxtından əvvəl gedə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ