Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

30 il Qarabağı qarət etdik, qızıllar hardadır?

30 il Qarabağı qarət etdik, qızıllar hardadır?

Tarix: 4 Dekabr 2023 16:46

2020-ci ildə müharibədən sonra ailəmlə Ermənistanın Gorus şəhərinə təxliyə edildik. Ağdamda mülküm, evim, nar bağlarım var idi. Arutyunyan bizi aldadıb, heç bir pul ödəmədi. Pulu ancaq öz adamlarına verdilər, biz pulsuz qaldıq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaşamış erməni miqrantlardan biri, Ermənistan vətəndaşı İrəvan telekanallarına müsahibəsində deyib.

"Kəndin başçısı, Arutyunyanın adamları hamısı bizi qarət etdilər. Bizi evdən çıxardib dedilər ki, türklər gəlir. Bütün bunları onlar ediblər və indi də Saakayanla birlikdə cəzalarını çəkirlər. 30 il qarabağlıları aldatdılar. Kim rəhbərlik etdisə, bizi soydu. Qarabağ erməniləri 30 il aldadıldı. Köçəryan "Qarabağ məsələsini mən həll edəcəm" dedi. "Qarabağ məsələsi" nədir? Bizi qarət edib, yeyib, aldatdılar. Bunun Paşinyanla heç bir əlaqəsi yoxdur. Bilirsiniz, biz qarət etdik, Azərbaycan isə silahlandı. Biz düşünmürdük. 30 ildir ki, bütün Heyvalı qarət edilib, qızıl çıxarılıb, bu qızıl hardadır? Qarabağı qaytarmaq mümkün olmayacaq, bunu həmişə demişəm və deyəcəyəm. Azərbaycan hər rayonda baza yaradıb, aeroportlar tikibsə, Qarabağı necə qaytaracağıq. Onları necə məğlub etmək istəyirsiniz? Bu mümkün deyil, heç vaxt. Bütün dövlətlər Azərbaycanın tərəfindədir. Qarabağ klanı Qarabağı yedi. 1998-ci ildən Gorusdan Qarabağa gələndə Qukasyanın dövründə quldurluq başladı. Külli miqdarda rüşvət aldılar", - o bildirib.


Etiketlər:  Qarabağı qarət etdik qızıllar hardadır


RƏYLƏR