Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu peyvənd infarkt riskini 26% azalda bilər

Bu peyvənd infarkt riskini 26% azalda bilər

Tarix: 5 Dekabr 2023 01:21

Qrip peyvəndi infarkt riskini 26% azalda bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalında dərc edilən məqalədə deyilir.

Alimlər orta yaşı 61 olan 9 059 xəstənin məlumatlarını təhlil ediblər. Onlardan 4 529-u qripə qarşı peyvənd, qalanları isə plasebo alıb. Daha sonra şəxslər orta hesabla doqquz ay izlənilib. Bu dövrdə peyvənd edilmiş 86 xəstə və plasebo qrupunda 116 xəstə infarkt keçirib.

Peyvənd olunanların infarkt keçirmə ehtimalı 26%, ürək-damar xəstəliklərindən ölmə ehtimalı isə 33% azalıb. Tədqiqat təsdiqləyib ki, mövsümi qrip peyvəndi xüsusilə 65 yaş və yuxarı insanlar, hamilə qadınlar və astma, diabet, ürək xəstəliyi və böyrək xəstəlikləri daxil olmaqla xroniki xəstəliyi olanlar üçün vacibdir.

Qeyd edək ki, qrip infeksiyası damarlarda yağların və xolesterolun yığılmasına kömək edən sistemik iltihaba səbəb ola bilər. Bundan əlavə, qrip insanı ikincil infeksiyalara qarşı daha həssas edə bilər ki, bu da iltihabı artırır.

Milli.Az


Etiketlər:  Bu peyvənd infarkt riskini 26 azalda bilər


RƏYLƏR