Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsraildən vətəndaşlarına XƏBƏRDARLIQ: Bu ölkələrdə...

İsraildən vətəndaşlarına XƏBƏRDARLIQ: Bu ölkələrdə...

Tarix: 5 Dekabr 2023 08:26

İsrailin Milli Təhlükəsizlik Şurası Qəzza zolağında gedən müharibə fonunda Rusiya da daxil olmaqla öz vətəndaşları üçün 80 xarici ölkəyə səfərlə bağlı təhlükə səviyyəsini artırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qurum xəbərdarlıq edib ki, İran və onun Fələstindəki HƏMAS hərəkatı, eləcə də "qlobal cihad elementləri" kimi "etibarlı" əlaltıları bütün dünyada yəhudi hədəflərinə hücum səylərini artırıblar.

Sənəddə bildirilib ki, Qərbi Avropanın bir çox ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya, Cənubi Amerika (Braziliya və Argentina da daxil olmaqla), həmçinin Avstraliya və Rusiya üçün təhlükə səviyyəsi ikinci səviyyəyə qaldırılıb və yüksək dərəcədə diqqətli olmaq tövsiyə olunub.

Afrika (Cənubi Afrika və Eritreya daxil olmaqla) və Mərkəzi Asiya (Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan daxil olmaqla) ölkələri üçün təhlükə səviyyəsi üçüncü səviyyəyə qaldırılıb. Bu ölkələrə qeyri-vacib səbəblərdən səfərlər zamanı planları yenidən gözdən keçirmək tövsiyə edilib.

Müəyyən bir ölkənin dərhal tərk edilməsinin zəruri olduğu dördüncü təhlükə səviyyəsi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) istisna olmaqla, Yaxın və Orta Şərqin və Şimali Afrikanın bütün ölkələrinə şamil edilib.

"Biz konkret deyə bilmərik ki, getməyin. Biz deyə bilərik ki, israillilər getmək istədikləri yerləri yaxşı ölçüb-biçsinlər", - deyə İsrail Milli Təhlükəsizlik Şurasının nümayəndəsi qeyd edib.

Milli.Az


Etiketlər:  İsraildən vətəndaşlarına XƏBƏRDARLIQ ölkələrdə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ