Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hüseyn Həsənov izləyicilərinə "Iphone"lar və lüks avtomobil hədiyyə edəcək - FOTO

Hüseyn Həsənov izləyicilərinə

Tarix: 5 Dekabr 2023 10:12

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov növbəti dəfə izləyicilərinə bahalı hədiyyələr paylayacaq.

Milli.Az bizim.media-ya xəbər verir ki, Hüseyn bu haqda sosial şəbəkə hesabında məlumat paylaşıb.

Ənənəvi şəkildə ildə bir neçə dəfə sosial şəbəkə izləyicilərini bahalı hədiyyəllər "yağışına" tutan Həsənov Yeni il ərəfəsində onları sevindirmək qərarına gəlib.

Yaxın günlərdə "Instagram" sosial şəbəkə səhifəsi üzərindən keçirəcək oyunda qalib gələn bir izləyicisinə bloqer ağ rəngdə, bahalı, lüks "Maserati" avtomobili və bir neçə digər izləyicisinə onlarla "Iphone" markalı smartfon hədiyyə verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Hüseyn Həsənov Dubaydan 900 min manata aldığı "Cullinan - Rolls-Royce" markalı avtomobilini də izləyicisinə hədiyyə verib.

Milli.Az


Etiketlər:  Hüseyn Həsənov izləyicilərinə Iphonelar lüks avtomobil hədiyyə edəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ