Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya üçün “şok proqnozlar” verildi

Dünya üçün “şok proqnozlar” verildi

Tarix: 5 Dekabr 2023 20:20

Gələn il dünya iki ciddi böhranla üzləşəcək: ABŞ-də kapitalizmin sonu və ilk qeyri-standart prezident seçkiləri baş tutacaq.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Danimarka bankı "Saxo Bank" 2024-cü ildə baş verə biləcək əsas hadisələr barədə xəbərdarlıq edib.

Məlumata görə, gələn il prezident seçkiləri fonunda ABŞ hökuməti iqtisadi problemlərdən və sosial iğtişaşlardan qaçmaq üçün fiskal xərcləri artırmağa məcbur olacaq. Artan inflyasiya təzyiqləri və xarici investorların kapital axını səbəbindən ABŞ dövlət istiqrazlarına tələb zəif olacaq.

Bank ekspertləri bildiriblər ki, "Brent" markalı neftin qiyməti gələn il hazırkı 78,5 dollardan 150 dollara yüksələcək. Bunun sayəsində son vaxtlar turizmə diqqət yetirən, büdcəsi əsasən neft gəlirlərindən asılı olan Səudiyyə Ərəbistanı dünyanın ən nüfuzlu futbol turnirlərindən biri olan UEFA Çempionlar Liqasını ala biləcək .

Digər qlobal böhran əhalinin idmandan kütləvi şəkildə imtina etməsi və zərərli qidalara keçməsi olacaq. Beləliklə, 2024-cü il piylənmə epidemiyasının başladığı il olacaq.

Milli.Az


Etiketlər:  Dünya üçün şok proqnozlar verildi


RƏYLƏR