Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin BƏƏ-yə səfərində diqqətçəkən məqam - 4 döyüş təyyarəsi... - VİDEO

Putinin BƏƏ-yə səfərində diqqətçəkən məqam - 4 döyüş təyyarəsi... - VİDEO

Tarix: 6 Dekabr 2023 21:16

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabiyə səfər edib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Putin BƏƏ-yə səfər edərkən raketlərlə təchiz edilmiş 4 ədəd Su-35 qırıcısı onu müşayiət edib.

Bildirilib ki, Putinin olduğu İL-96 model prezident təyyarəsini müşayiət etmək üçün döyüş təyyarələri havaya qalxıb.

Putinin təyyarəsinin hər tərəfində iki nəfərdən ibarət qruplar halında yerləşən Su-35S model döyüş təyyarələrinin hava hədəflərini vura bilən R-73 və R-77 raketləri daşıdığı görülüb.

Putin paytaxt Əbu-Dabiyə enənə qədər Rusiya döyüş təyyarələri onun səfərini müşayiət etməyə davam edib.

Vurğulanıb ki, müxtəlif siniflərdə standart aviasiya silahları ilə təchiz edilmiş Su-35S uçuş boyu prezident təyyarəsinə hava dəstəyi verib.

Təyyarələrin ağır yağış və güclü küləklə çətin hava şəraitində hava limanından havaya qalxdığı və döyüş təyyarələrinin birinci dərəcəli pilotlar tərəfindən idarə edildiyi bildirilib.

Milli.Az


Etiketlər:  Putinin BƏƏ səfərində diqqətçəkən məqam döyüş təyyarəsi VİDEO


RƏYLƏR