Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2023 08:20
"OneTwoTrip" xidmətinin istifadəçiləri məşhur attraksionlar arasında Eyfel qülləsinin onları ən çox məyus etməsinə səbəb olduğunu bildiriblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, antireytinqdə respondentlərin 3%-i Eyfel qülləsini qeyd edib. Daha sonra bu siyahıda Kolizey (1,5%) və Piza qülləsi (1%), həmçinin müxtəlif xarabalıqlar və qazıntılar yer alıb.
Bundan əlavə, səyahət edənlərin 67%-i attraksionların baha olmasından şikayətlənib. Həmçinin respondentlərin 29%-i turizm obyektlərinin pis vəziyyətdə olduğunu, 27%-i isə ziyarətçilərin çoxluğunu qeyd ediblər. Turistlər arasında narazılığın digər səbəbləri arasında attraksionların fotoşəkillərlə uyğunsuzluğu (18%), biletlərin yüksək qiyməti (12%) və görkəmli yerlərə gedən yolların çətin olması (10%) olub.