Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 10:30
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 5-də 68,035 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,125 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,67 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin