Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefon boyunda yırtıq əmələ gətirir - ALİMLƏR

Telefon boyunda yırtıq əmələ gətirir - ALİMLƏR

Tarix: 8 Dekabr 2023 07:39

Telefona baxarkən daim başın və boyunun aşağı bucaq altında əyilməsi ağırlıq boynun fəqərələri üzərinə düşür. Boyun gün ərzində bu vəziyyətdə duruş üçün nəzərdə tutulmayıb.

Milli.Az xəbər verir ki, fizioterapistlər son zamanlar 18-20 yaşlı gənclərdə boyunda degerenativ dəyişiklik, fəqərələrdə yırtığa meyilliyin artmasının bir səbəbini telefon və planşetlərdən istifadədə görür.

Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində narahatçılıqlar meydana gəlməyə başlayır. Əgər gənc yaşlı uşaqlar telefonla normadan çox məşğul olarlarsa, onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda, başda ağrılar meydana çıxmağa başlayır.

ABŞ alimlərinin tədqiqatlarına görə, son 5 ildə əhalinin 58%-inin boyun fəqərələrindəki problemlərin əmələ gəlməsində telefon, planşet və notbukların səbəb olduğu qənaətinə gəlmişlər.

Buna görə də telefonla uzun müddət məşğul olduqda, telefonu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin.

Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onların boyun vəziyyətinə nəzarət etmək lazımdır.

Şəkildə telefonu düzgün tutmaq qaydası göstərilib. /medicina.az

Milli.Az


Etiketlər:  Telefon boyunda yırtıq əmələ gətirir ALİMLƏR


RƏYLƏR