Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2023 13:32
185 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür.
Sonxeber.net xəbər verir verir ki, bu barədə"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.
Onun sözlərinə görə, Müalicə alanlardan 160-ı ölkəyə geri qayıtmışdır. Hazırda 5 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.
"Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 27 394 750.09 AZN təşkil edir. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib", - deyə o, əlavə edib.