Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş əri Mənzurəni ŞOKA saldı: ''9 nəfər..''

Keçmiş əri Mənzurəni ŞOKA saldı: ''9 nəfər..''

Tarix: 8 Dekabr 2023 14:50

Telekanallardan birinə qonaq kimi qatılan müğənni Mənzurə Musayeva şok yaşayıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, onun əvvəllər 7 il evli olduğu Vaqif adlı bəy Mənzurənin yalan dediyini, onu tanımadığını və evli olmadıqlarnı söyləyib.

Müğənni keçmiş ərinin bu iddialarına çox təəccüblənib.

"Sən məni necə dana bilərsən? Toyumuzda qohumlarımız olub, toy şəkillərimiz var. İndi arvadından qorxub məni tanımaq istəmir. 9 nəfər elçi gəlmişdi, mən ağılsız bunu seçdim. Ağlım olmayıb", - deyən müğənni əlavə edib ki, övladları olmadığı üçün ailəsi dağılıb. Uşaq olmamasına səbəb keçmiş ərinin xəstəliyi olub.

Canlı yayıma qoşulan keçmiş əri isə Mənzurəni tanımadığını desə də, qəribə iddia səsləndirib. 

"Bizim ortaq tələbə yoldaşlarımız var, onlar hamısı təsdiq edər ki, Mənzurə rəsmi sənədlərdə yaşını azaldıb", -  Vaqif bildirib.


Etiketlər:  Keçmiş əri Mənzurəni ŞOKA saldı nəfər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ