Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən təhlükəli şəhərləri – SİYAHI

Dünyanın ən təhlükəli şəhərləri – SİYAHI

Tarix: 10 Dekabr 2023 13:10

2023-cü il üçün dünyanın ən təhlükəli şəhərləri açıqlanıb.

Milli.Az yeniavaz.com-a istinadla xəbər verir ki, siyahı hər 100 min nəfərə düşən qətl sayına görə müəyyən olunub.

Siyahıdakı şəhərlərin çoxu Latın Amerikasında yerləşir. Bu baxımdan, Latın Amerikası dünyanın ən təhlükəli ölkələrinin yerləşdiyi region hesab olunur.

Latın Amerikası ölkələri arasında isə ən yüksək nəticə Meksikanın payına düşür.

Regionda cinayətlərin əksəriyyəti narkotik ticarəti, silah qaçaqmalçılığı və mafiya müharibələri nəticəsində törədilir. Məsələn, 2020-ci ildə Meksikada mütəşəkkil cinayətkarlıqla bağlı 28 mindən çox qətl hadisəsi qeydə alınıb. ABŞ-nin Missuri ştatındakı Sent-Luis şəhəri isə Meksika şəhərlərindən sonra dünyada qətl faizinin ən yüksək olduğu şəhərdir.

Aşağıda dünyanın ən təhlükəli 20 şəhərini təqdim edirik:

1. Selaya, Meksika - 109.30
2. Tixuana, Meksika - 105,39
3. Syudad-Xuares, Meksika - 103,61
4. Syudad-Obreqon, Meksika - 101.13
5. İrapuato, Meksika - 94,99
6. Ensenada, Meksika - 90,58
7. Sent-Luis, ABŞ - 87,83
8. Uruapan, Meksika - 72,59
8. Feyra-di-Santana, Braziliya - 67,46
10. Keyp-Taun, Cənubi Afrika - 64
11. Kumana, Venesuela - 62,42
12. Fortaleza, Braziliya - 62,28
13. Mosoro, Braziliya - 62,21
14. Sakatekas, Meksika - 59,22
15. Qayana, Venesuela  - 62,1
16. Baltimor, ABŞ - 56,45
17. Kinqston, Yamayka - 54,46
18. Akapulko, Meksika - 54.13
19. Karakas, Venesuela - 52,82
20. Vitoriya-da-Konkista, Braziliya - 52,47

Milli.Az


Etiketlər:  Dünyanın təhlükəli şəhərləri SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ