Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2023 14:20
Türkiyədə müəssisələrin birində isinmək üçün sobaya yanacaq tökən adam saniyələr içində alovlara bürünüb. Qorxunc hadisə İstanbulun Maltepe rayonunda baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, faciə anı müşahidə kameraları tərəfindən qeydə alınıb.
Kadrlarda işçinin yanacağı sobaya tökməsi ilə partlayış baş verdiyi və yanan kişinin alovlardan xilas olmaq üçün sexdə qaçması əks olunub.
Məlumata görə, kişi yıxıldıqdan sonra digər həmkarları ona kömək edə bilib.
İşçi xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.