Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2023 18:46
Marsın dərinliklərinə nəzər salmağa imkan verən radarla təchiz edilmiş Çin roverinin bütün marşrutu boyunca naməlum çoxbucaqlılar aşkar edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sözügedən çoxbucaqlıların ölçüləri bir neçə on santimetrdən on metrə qədərdir.
Alimlər bu tapıntıların qəfil iqlim dəyişikliyi və sonradan suyun donması ilə çatların əmələ gəlməsi nəticəsində yarandığını irəli sürüblər.
Oxşar çoxbucaqlı strukturlar əvvəllər Marsın səthində tapılıb, lakin bu, torpağın dərinliklərində ilk dəfə qeydə alınıb.
Maraqlıdır ki, rover sözügedən məlumatı ötürdükdən sonra əlaqəni dayandırıb. Alimlər bunu cihazın 100 dərəcə şaxtaya tab gətirməməsi ilə izah ediblər.