Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərb terroristlərə uçuş təlimləri verir - Yaşar Gülər

Qərb terroristlərə uçuş təlimləri verir - Yaşar Gülər

Tarix: 11 Dekabr 2023 23:20

Qərb terroristlərə uçuş təlimləri verir.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər deyib.

"Terror təşkilatlarını öz torpaqlarımızdan, xalqımızdan, sərhədlərimizdən uzaq tutmağa borcluyuq. Bəzi dost ölkələr terrorçulara hər cür dəstək verir. Qərb terroristlərə uçuş təlimləri keçir",- deyə nazir bildirib.

Yaşar Gülər qeyd edib ki, təəssüflər olsun ki, Qəzzaya humanitar yardım məsələsində dünya zəifləyib. Bu günə kimi 12 təyyarə ilə 223 ton yardım vasitələri göndərmişik. Bundan əlavə, iki mülki gəmi ilə bölgəyə 262 ton yardım çatdırılıb. İki sahə xəstəxanasının qurulması üçün yerlərin müəyyən edilməsi işlərimiz davam edir. Türkiyəli jurnalistlər gərgin qarşıdurma şəraitində baş verənləri bizə və bütün dünyaya çatdırırlar.


Etiketlər:  Qərb terroristlərə uçuş təlimləri verir Yaşar Gülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ