Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2023 00:15
Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşviliyə məxsus "Viar Ticket" müəssisəsinin hesabları Federal Vergi Xidməti tərəfindən bloklanıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, onun şirkəti "Crocus City Hall"un 16 milyon rubl məbləğində qaldırdığı iki iddianı uduzub.
Bildirilir ki, "Viar Ticket" məkanın icarə müqaviləsini yerinə yetirmədiyinə görə 13,5 milyon rubl və "Chaif" qrupunun konserti üçün texniki tapşırıqların yerinə yetirilməməsinə görə 2,7 milyon rubl ödəməlidir.