Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 05:00
Zahidlik - fəzilətli sifətlərdən olub, insanın Allah razılığı üçün yaşamasına gətirib çıxardar. Zahid o kəsdir ki, tək hədəfi Allah olar.
Onu dünya və dünya ləzzətləri maraqlandırmaz və dünyaya körpü kimi baxar. Zahidliyin insan həyatına vurduğu müsbət təsirlər ilə tanış olaq:
1. Qənaət. Qənaət o sifətlərdəndir ki, özü ilə çoxlu faydalar gətirər. Bir çox rəzil sifətlərin meydana gəlməsinin qarşısını alar.
Bu səbəbdən dinimiz bu əməli çoxlu təşviq etmişdir. "Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (Kitab və din) - daha yaxşı və əbədidir". ("Taha" 131).
İmam Əli (ə) buyurur: "Qüdrətli insanı axtardım və onu qənaətdən başqasında tapmadım. Qane olun ki, qüdrətli olasınız".
İmam Rza (ə) buyurur: "Qənaət, özünə hakim olmağa, çox şey istəməkdən asudə olmağa, dünyapərəstlərin müqabilində bəndə olmağa səbəb olar.
Qənaət yolunu iki kəsdən başqası getməz: ya o ibadət edən ki, axirət muzdu istəyər, ya o nəcib insan ki, alçaq insanlardan uzaq olar".
2. İffət və insanların malından ehtiyazcsız olmaq. Zahid insan - iffətli insandır. Çalışar ki, əməlində, danışığında, rəftarında iffətə əməl etsin. Bu cür insan başqalarının malından ehtiyacsız olar. Əlində olanların qədrini bilər və artığını istəməz.