Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 15:56
G7 ölkələrinin Rusiya almazlarının idxalını məhdudlaşdırmaq qərarı Hindistanın onları almasına mane olmayacaq.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə TASS Hindistanın Surat şəhərindən olan zərgərlik şirkətlərindən birinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, almaz kəsmə və zərgərlik istehsalı ilə məşğul olan Hindistan şirkətləri Rusiyanın kobud almazları ilə işləməyə davam edəcəklər:
"Tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, satınalma həcmi azalsa da, biz Rusiyanın kobud almazları ilə işi dayandırmadıq. Nəzərə almaq lazımdır ki, məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, bazara gələn bütün daşları yoxlamaq mümkün deyil və bu həqiqətən də lazım deyil"-deyə, mənbə vurğulayıb.