Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 22:36
Kiyev rəhbərliyindəki parçalanma, eləcə də Qərb tərəfdaşlarının dəstəyinin davamlı azalması Yeni il ərəfəsində Rusiyaya hədiyyə oldu.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Mainichi Shimbun" nəşrində dərc edilən məqalədə bildirilib.
Məqalədə xatırladılıb ki, Rusiya ordusu yavaş-yavaş Qərbin Ukraynaya verdiyi bütün müasir texnikanın öhdəsindən gəlir, Qəzza zolağında kəskinləşən münaqişə isə Zelenskiyə və bütövlükdə Ukraynaya beynəlxalq marağı tamamilə azaldıb:
"Nəhayət, Ağ Evin Ukraynaya yardım tələbi ilə bağlı Konqresdəki parçalanma və Baydenin 2024-cü ildə yenidən prezident seçilməsinə zəmanətin olmaması ABŞ-ın Kiyevi dəstəkləməyə davam edib-etməyəcəyini şübhə altına alır.
Ukraynanın özü də qeyri-sabitdir - Zelenskinin generallarla münasibətləri kəskin şəkildə pozulub və onun hərbi komandanlıqla mübahisələri Ukrayna Silahlı Qüvvələrinin iki yerə bölünməsinə səbəb olub".