Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" "Villareal"ı darmadağın edərək birinci pilləyə yüksəldi

Tarix: 18 Dekabr 2023 06:40

İspaniya La Liqasının XVII turunda "Real Madrid" evində "Villareal"ı qəbul edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 25-ci dəqiqəsində C.Bellinhem hesabı açıb. 37-ci dəqiqədə Rodriqo hesab arasındakı fərqi artırıb. J.Morales 54-cü dəqiqədə qonaqların yeganə qolunun müəllifi olub.

Oyunun 64-cü dəqiqəsində B.Diaz fərqi artırıb. Görüşdə son nöqtəni L.Modriç qoyub.

Qələbə sayəsində "Real Madrid" 42 xalla turnir cədvəlinin lideri olub. Qonaqlar isə 16 xalla 14-cü pillədə qərarlaşıblar.

Milli.Az


Etiketlər:  Real Villarealı darmadağın edərək birinci pilləyə yüksəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ