Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adrian Mutu: “Məğlub olmağımız utancvericidir”

Adrian Mutu: “Məğlub olmağımız utancvericidir”

Tarix: 18 Dekabr 2023 22:36

"Məğlub olmağımız utancvericidir".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: "Çətin oyun idi, güclü rəqibə qarşı çıxış edirdik. Futbolçularım əzmkar mübarizə aparmağa çalışdılar. İrəlidə top saxlamağa çalışdıq, amma sonda məğlub olduq".
Baş məşqçi hücumçularından daha yaxşı oyun gözlədiyini söyləyib: "Bu gün hücum xəttində olan bütün oyunçuları meydançaya buraxmışdım. Onlardan daha yaxşı performans gözləyirəm".

O, Xankəndi yolunda baş verən qəzadə ağır xəsarət alan Peşəkar Futbol Liqasının əməkdaşlarına şəfa diləyib.

Milli.Az


Etiketlər:  Adrian Mutu Məğlub olmağımız utancvericidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ