Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 19:22
Keçmiş peşəkar basketbolçu və olimpiya idmançısı Natalya Vieru boyuna görə tez-tez arzuolunmaz vəziyyətlərə düşür.
Sonxeber.net sfera.az-a istinadən bildirir ki, Münhendə yaşayan keçmiş basketbolçu bu yaxınlarda TikTok-da supermarketdə müştərilərin ona necə reaksiya verdiyini göstərən bir video paylaşıb.
Yayımlanan görüntülərdə uşaq və böyüklərdən ibarət bir neçə nəfərin Natalya mağazada gəzərkən təəccüblə ona baxdığını görmək olur.
O, videonun başlığına: "Alış-verişə gedəndə aldığım reaksiyalar belə olur. Bu dabanla təxminən 2,13 sm boyundayam" - yazıb.
Natalya daim ondan qısaboy kişilərlə görüşdüyünü deyir. O, bununla bağlı problem görmür, çünki xarakter və ümumi maraqlar onun üçün birinci yerdə gəlir.
Bununla belə, keçmiş basketbolçu özünü daim, xüsusən də standart qapıların çox aşağı olduğu Avropada narahat hiss edir.
"Mən yeriyəndə insanların reaksiyaları ölkədən asılı olaraq fərqli olur. Məsələn, ABŞ-da insanlar tez-tez mənimlə dialoqa girib boyumu, basketbol oynayıb-oynamadığımı soruşurlar. Avropada isə sadəcə bərəlmiş gözlərlə baxırlar" - Natalya jurnalistlərə verdiyi açıqlamada gülərək deyir.
İzləyiciləri isə onu dəstəkləyir və uzun boylu olmağın faydalarını bölüşürlər:
"Konsertlərdə hər şeyi görürsən", "Şkafın üst rəfindən əşyalar almaq üçün stul götürməyə ehtiyac yoxdur", "Hündürdaban ayaqqabı geyinməkdən utanmamağınız gözəldir", "Əla görünürsən, adam lap paxıllıq edir", "Sənə heyranam" kimi şərhlər yazırlar.