Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 19:55
Bu il saysız-hesabsız konsert proqramları ilə çıxış edən Xalq artisti Aygün Kazımova ilin son iki həftəsini də rekord qırmağa hazırlaşır.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ölkənin əsas ulduzu 1 həftə içində 5 məkanda konsert proqramı ilə çıxış edəcək. Belə ki, şou-biznesin yaradıcı konsert siyasını açıqlayıb.
Kazımova dekabrın 23-də Lənkəranda, 24-də Naxçıvanda sevənlərinin qarşısına çıxacaq. Müğənni dekabrın 27-də Bakıda konsert təklifi alıb. İki gün içində biletlər tükəndiyi üçün Kazımova pərəstişkarlarının istəyini gerçəkləşdirmək qərarına gəlib. Pop diva dekabrın 28-də həmin məkanda çıxış etməyə razılaşıb.
İlin son günü də Aygün Kazımova səhnədə olacaq. O, dekabrın 31-ndə sevilən mahnılarını pərəstişkarları üçün səsləndirəcək.
Qeyd edək ki, Kazımova bu il çox sayda konsert proqramları ilə sevənləri qarşısına çıxıb. Müğənni eyni zamanda Qarabağda silsilə konsertlərdə çıxış edib. Müğənni Laçın şəhər günü münasibətiylə Qarabağda keçirilən konsertdə səhnəyə çıxan yeganə estrada ifaçısı olub. Xalq artisti həmçinin bu il "Zəfər günü" münasibətiylə Almaniyada konsert verib. Avropanın dörd bir yanında yaşayan azərbaycanlılar Kazımovanı dinləmək üçün Bergkamen şəhərinə gəliblər. İfaçının bu yaya Dənizkənarı parkda verdiyi konsert isə rekord sayda tamaşaçı ilə yadda qalıb.