Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS-ın hərbi lideri İsrail hərbçilərindən qaça bildi

HƏMAS-ın hərbi lideri İsrail hərbçilərindən qaça bildi

Tarix: 20 Dekabr 2023 10:58

HƏMAS-ın hərbi lideri Yəhya Sinvar son günlər iki dəfə İsrail hərbçiləri ilə qarşılaşmadan yayına bilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" qəzeti məlumat yayıb.

Məlumata görə, İsrail ordu qüvvələri iki dəfə Qəzza zolağında Sinvarın gizləndiyi güman edilən tunellərə çata bilib:

"Lakin hərbçilərin gəlməsinə az qalmış o, sığınacaqları tərk edib".

İsrail "13-cü kanal"ı isə adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, İsrail ordusu tərəfindən toplanan kəşfiyyat məlumatları HƏMAS liderinin daim hərəkətdə olduğunu və uzun müddət bir yerdə qalmadığını göstərir:

"Sinvarın hazırda Xan Yunisdə gizləndiyi güman edilir".

Milli.Az


Etiketlər:  HƏMAS ın hərbi lideri İsrail hərbçilərindən qaça bildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ