Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 17:52
"Bu cür tarixi oyunda həyəcanlı idim. Çox yaxşı matç keçdi".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə deyib.
Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə matçda qol vuran futbolçu düşüncələrini bölüşüb: "Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Şəhidlərimizə həsr edirəm".
Qeyd edək ki, bu gün "Qarabağ"la MOİK arasında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib. "Qarabağ" hesabı 90+5-ci dəqiqədə açıb, Nəriman Axundzadə fərqlənərək tarixi qolun müəllifi olub.