Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 21:14
Rusiya Prezidenti Vladimir Putin və Venesuela Prezidenti Nikolas Maduro arasında telefon danışığı baş tutub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, söhbət zamanı Venesuela və Qayana arasında ərazi mübahisəsi müzakirə edilib.
Kreml rəhbəri problemin diplomatik həllindən yana olduğunu açıqlayıb.
Bundan əlavə, Putin qeyd edib ki, Rusiya Venesuela rəhbərliyinin milli iqtisadiyyatın və ölkənin suverenliyinin gücləndirilməsi istiqamətində səylərini dəstəkləməyə davam edəcək.