Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda AES tikməyə hazırıq - Rusiya

Qazaxıstanda AES tikməyə hazırıq - Rusiya

Tarix: 22 Dekabr 2023 02:00

"Rosatom" Qazaxıstanda atom elektrik stansiyasını tikməyə hazırdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin "İzvestiya" qəzetinə müsahibəsində deyib .

"Sülh məqsədli nüvə enerjisi sahəsində Rusiya-Qazaxıstan əməkdaşlığı genişlənir. Atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsi zamanı müsbət qərar qəbul olunarsa, "Rosatom" bu mühüm layihəni rahat şəraitdə həyata keçirməyə hazırdır", - səfir vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sentyabrın 1-də ölkə xalqına müraciətində Atom Elektrik Stansiyasının tikintisi məsələsinin ümumxalq səsverməsinə çıxarılmasını təklif edib.

Milli.Az


Etiketlər:  Qazaxıstanda tikməyə hazırıq Rusiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ