Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pənah Hüseyn telefona “adboy” vermədi... - Kuryoz hadisə

Pənah Hüseyn telefona “adboy” vermədi... - Kuryoz hadisə

Tarix: 22 Dekabr 2023 15:54

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin başına kuryoz hadisə gəlib.

Milli.Az bildirir ki, partiya sədri bu barədə feysbuk hesabında paylaşım edib.

"Bir az əvvəl "açıq mikrafon" mənimlə də alay etdi. Hörmətli internet tv aparıcılarımızdan biri zəng edib məni verilişə dəvət etdi. Mən də xəstə olduğumu bildirdim (red: həqiqətən xəstəyəm, güclə danışıram) və o da cavabında "xəstəsinizsə, gəlməyin" dedi.

Vəziyyətdən (red:gəlməyin sözündən) xeyli xoşlanıb bundan da belə canımı qurtardım demişəm. Sən demə telefonu söndürməyi unutmuşam.

Eşidib və qayıdıb təkrar zəng vurdu ki, axı mən can qurtarılacaq aparıcı deyiləm (red: həqiqəti deyir).

Mən baxmayaraq ki, ondan yox, efirdən can qurtarmağı nəzərdə tuturdum, ancaq yaxşı alınmadı. Mikrafonla ehtiyatlı olmaq lazımdır. Aparıcı xanımdan da üzrlər!", - deyə P.Hüseyn vurğulayıb.

Sözügedən paylaşıma yazdığı şərhdən bəlli olub ki, partiya sədrinə zəng vuran jurnalist Sevinc Telmanqızı olub.

Milli.Az


Etiketlər:  Pənah Hüseyn telefona adboy vermədi Kuryoz hadisə


RƏYLƏR