Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2023 18:50
Venesuela millisinin basketbolçusu Qarli Sojo Karakasdakı evində ölü tapılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı idmançının ölümünün səbəbi hələ ki məlum deyil. Gənc basketbolçunun epilepsiya tutmasından vəfat etdiyi güman olunur.
Qeyd edək ki, Qarli Sojonun son klubu yerli "Bronkos" olub.