Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

6 il əvvəl itən oğlanın yalanı üzə çıxdı

6 il əvvəl itən oğlanın yalanı üzə çıxdı

Tarix: 23 Dekabr 2023 19:18

6 il əvvəl yoxa çıxan və bir müddət əvvəl Fransada tapılan britaniyalı Aleks Batti anasını qorumaq üçün yalan danışdığını etiraf edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 2017-ci ildə anası və babası ilə tətilə getdiyi İspaniyada yoxa çıxan britaniyalı Aleks Batti 6 ildən sonra Fransanın Tuluza şəhərində tapılıb.

Fabien Accidini adlı kuryer tərəfindən yol kənarında yorğun halda tapılan və 4 gündür piyada getdiyini deyən Aleks İngiltərəyə qayıtdıqdan sonra ilk dəfə danışıb.

İngiltərənin "The Sun" qəzetinə danışan Aleks qaçması ilə bağlı polisə yalan danışdığını, polisin anası və babasını izləməməsi üçün 4 gündür piyada getdiyini bildirib.

"Uşaq qaçırma" ittihamı ilə həbs oluna biləcəklərini düşündüyünü ifadə edən Aleks, "Anamı və babamı qorumaq üçün yalan danışdım, amma onsuz da tutulacaqlarını anladım. Mən itməmişdim, hara getdiyimi bilirdim" dedi.

Aleks etiraf edib ki, o, əvvəlcə Quillan şəhərinə gedib və sonra Tuluzaya doğru yola düşüb

Milli.Az


Etiketlər:  əvvəl itən oğlanın yalanı üzə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ