Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi” qalib gəldi, üçüncü oldu

“Neftçi” qalib gəldi, üçüncü oldu

Tarix: 24 Dekabr 2023 18:22

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub.

Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.

Qeyd edək ki, bu gün turun sonuncu görüşündə "Zirə" "Qarabağ"ı qəbul edəcək. Əvvəlki matçlarda "Turan Tovuz" "Araz Naxçıvan"ı (3:1), "Sumqayıt" "Səbail"i (1:0), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.

Milli.Az


Etiketlər:  Neftçi qalib gəldi üçüncü oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ