Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir zamanların məşhur modeli çətin vəziyyətdə - FOTO

Bir zamanların məşhur modeli çətin vəziyyətdə - FOTO

Tarix: 25 Dekabr 2023 22:34

1970-ci illərdə "Bayan bacak" ləqəbi ilə məşhurlaşan keçmiş model, aktrisa və müğənni Serpil Örümcer uzun aradan sonra ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 71 yaşlı keçmiş model ikinci əl əşyalar sataraq həyatına davam etdiyini bildirib. O, şöhrətə gedən yolda qarşılaşdıqlarından və sərvətini necə itirməsindən danışıb:

"Cağaloğlu"da əczaçılıq anbarının ofisində katibə işləyirdim. Mən diqqəti cəlb edən parlaq bir qız idim. Rəhbərim dedi ki, modellik kurslarına getməlisən. O, modellik kursumun pulunu ödədi. Həmin vaxt məşhur brendlər üçün model seçən kurslara daxil olmaq da çətin idi. Seçimlərə Avropadan mütəxəssislər gəlirdi. 1967-ci ildə keçirilən gözəllik müsabiqəsinin finalına çıxdım. Sonra müğənni olmaq təklifi gəldi.

1971-ci ildə Berkant Akgürgenlə ailə qurduq. Pis adam deyildi, amma çox spirtli içki qəbul edirdi. İçki içəndə başqa adama çevrilirdi. Elə vaxtlar olurdu ki, evdən çıxıb iki gün geri gəlmirdi. Sonra bildim ki, birinci həyat yoldaşının yanına gedir. Mənim qazandığım pulla onunla gəzirdi. 1974-cü ildə, qızım Fulya 8 aylıq olanda boşandıq. Ondan sonra heç görüşmədik. Qızını sonuncu dəfə elə 1 yaşında görüb. Sonra Almaniyaya gedib orada evləndi. İki uşağı oldu.

Aktrisalığa başladıqdan sonra təkliflər gəldi. Bu təkliflərdən birini qəbul etdim. Xəbərim olmadan erotik filmə çəkildim. Aldığım digər film təklifləri mənə musiqidə olduğu qədər pul qazandırmadı. Həm də kino sənayesində məcburi müqavilələr var idi. Sonra aktrisalığı tərk etdim".

Serpil ən böyük peşmalığını belə ifadə edib:

"Ən böyük peşmanlığım son iki evliliyimdir. O qədər peşman oldum ki... Berkantla evliliyimdə də problemlər oldu, amma son iki evliliyimdə bütün var-dövlətimi itirdim". 

O, hazırda ikinci əl əşyalar sataraq dolandığını açıqlayıb:

"Ev sahibimin məni mənzildən çıxarmasından qorxuram. Kredit kartı borcum var, işıq və su pulumu ödəyə bilmirəm. Ətrafımdakı insanlar istifadə edilməmiş əşyalarını gətirirlər, bazarda satıram. Satışlardan və aldığım yardımlarla dolanmağa çalışıram. Mənim kimi çətin vəziyyətdə olan sənətçilər üçün həmkarlarımız xeyriyyə gecələri təşkil etsə, yaxşı olardı. Təkcə özüm üçün deyil, mənim kimi çətin vəziyyətdə olan başqa insanlardan da var, onlara da yardım edilmiş olar".

Milli.Az


Etiketlər:  Bir zamanların məşhur modeli çətin vəziyyətdə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ