Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da COVID-19-un yeni ştammına yoluxmada ciddi artım

ABŞ-da COVID-19-un yeni ştammına yoluxmada ciddi artım

Tarix: 26 Dekabr 2023 01:14

ABŞ-də yeni "JN.1" ştammına yoluxma nisbətləri iki həftə ərzində artıb. Həmçinin, ölkədə yoluxanların faizi iki dəfə artıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, "JN.1" ştammı ABŞ vətəndaşlarının peyvənd sahəsində fəallığının azalması şəraitində qeydə alınan 44%-dən çox yoluxma hallarında müəyyən edilib.

Məlumata görə, "JN.1"in "Omikron" ştammının yarımnövü olduğu aydınlaşdırılır.

"Ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri ("JN. 1" üçün) "Delta" dalğası zamanı müşahidə etdiyimiz partlayıcı templər deyil, lakin biz mütləq artımı görürük", - deyə məqalənin müəllifləri Ohayo Dövlət Universitetinin "Veksner" Tibb Mərkəzinin yoluxucu xəstəliklər kafedrasının dosenti Karlos Malvestuttoya istinadən bildiriblər.

O, həmçinin ABŞ-də yenilənmiş COVID-19 peyvəndlərinin tətbiqi səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.

Milli.Az


Etiketlər:  ABŞ da COVID 19 un yeni ştammına yoluxmada ciddi artım


RƏYLƏR