Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''12 illik xoşbəxtlik'' - evliliklərinin ildönümünü qeyd etdilər - FOTO

''12 illik xoşbəxtlik'' - evliliklərinin ildönümünü qeyd etdilər - FOTO

Tarix: 26 Dekabr 2023 04:50

Rusiyanın Xalq artisti Alla Puqaçova ilə həyat yoldaşı, şoumen Maksim Qalkin sosial media hesablarında paylaşım ediblər.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlük evliliklərinin 12-ci ilini qeyd etdiklərini vurğulayaraq birgə çəkilən fotolarını izləyiciləri ilə bölüşüblər.

Qalkin paylaşımına "12 illik rəsmi xoşbəxtlik", Puqaçova isə qısaca "Xoşbəxtlik" şərhini yazmaqla kifayətləniblər.

Qeyd edək ki, Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib. Cütlük sonuncu dəfə İsraildə olduqlarını bildirmişdi.


Etiketlər:  illik xoşbəxtlik evliliklərinin ildönümünü qeyd etdilər FOTO


RƏYLƏR