Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsveç Türkiyəyə tətbiq etdiyi embarqoları qaldırdı

İsveç Türkiyəyə tətbiq etdiyi embarqoları qaldırdı

Tarix: 27 Dekabr 2023 11:00

İsveç Türkiyənin müdafiə sənayesi məhsullarına tətbiq etdiyi embarqoları qaldırıb.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, 2019-cu ilin oktyabr ayından müdafiə sənayesi sahəsində Türkiyəyə embarqo tətbiq edən İsveç, NATO-ya üzvlük prosesinin başlamasının ardından 2022-ci ilin sentyabrında bu qərarından geri addım atdı.

2022-ci ildə İsveç, Türkiyənin hərbi məhsullar üçün ixrac icazələrini yenidən təsdiqləməyə başlayıb.

2022-ci ildə təsdiq edilmiş ixrac icazələrinə, həmçinin Türkiyəyə elektron avadanlıq, proqram təminatı və texniki yardım kateqoriyaları üzrə hərbi texnikanın tədarükü də daxildir.

Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlük protokolunu qəbul edib.

Milli.Az


Etiketlər:  İsveç Türkiyəyə tətbiq etdiyi embarqoları qaldırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ