Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2023 22:05
"Həyatda ən acığım gələn insanlar hamıdan özünü ağıllı bilənlərdir. Belə insanları heç sevmirəm. Onlardan adama xeyir gəlməz. Elnarə ilə münasibətimiz "W-trio" qrupuna görə olub. Dərin dostluğumuz olmayıb. Amma həmişə hörmət saxlamışam".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Tarixin bir günü" verilişində deyib.
O, həmkarı Elnarə Xəlilova ilə küsülü olmasının əsl səbəbini izah edib:
"Soyuq münasibət illərdir aramızda davam edir. Əslində birinci mədəni olaraq mən ona sataşmışam. 15 il əvvəl zövqlə bağlı mənə sual veriləndə demişəm ki, Elnarənin zövqü yoxdur. O vaxt elə demişdim. Əslində indi də yoxdur. Olanı demişəm. Həmin vaxtdan mənimlə düşmən düşüb. Elnarədən adama düşmən çıxmaz, ayıb olar. Özünü ağıllı hesab edir və ona görə də elə danışır".