Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hakimi təhqir edən futbolçuya ağır cəza

Hakimi təhqir edən futbolçuya ağır cəza

Tarix: 28 Dekabr 2023 13:52

AFFA hakimləri təhqir edən 5 futbolçunun cəzasını açıqlayıb.

Bu cəzalar Region Liqası, Gənclər Liqası və U-17 Liqasında keçirilən oyunlardakı neqativ hallara görə verilib.

Region Liqasında "Lənkəran"dan Xalid Qasımzadə "Masallı" ilə, Gənclər Liqasında İCBFA-dan Emin Qurbanov "Neftçi" ilə, U-17 Liqasından "Araz Naxçıvan"dan isə Qurban Əliyev, Kazım Zülfüqarlı və Səid Bağırzadə Universal Football Academy ilə oyunda hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdikləri üçün 4 matçlıq diskvalifikasiyaya məruz qalıblar.

Region Liqasında çıxış edən "Lənkəran"ın digər oyunçusu Əli Məcidov isə "Masallı" ilə qarşılaşmada qeyri-etik ifadə və ya hərəkətə görə 3 oyunluq cəzalandırılıb.

Milli.Az


Etiketlər:  Hakimi təhqir edən futbolçuya ağır cəza


RƏYLƏR