Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 00:26
Tobolsk Şəhər Dumasının Vahid Rusiya Partiyasından olan deputatı Vladimir Yeqorov üçüncü mərtəbədən yıxılaraq ölüb.
Sonxeber.net herbiand.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə idarəsindən məlumat verilib.
Qeyd edilir ki, 46 yaşlı deputatın meyiti yaşadığı evin həyətində tapılıb. Onun üçüncü mərtəbədən yıxıldığı bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.