Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 07:20
Venesuela Prezidenti Nikolas Maduro Britaniyaya məxsus "Trent" gəmisinin Qayana sahillərinə gəlməsinə kəskin reaksiya verib və bunun fonunda Karib dənizinin şərqində müdafiəni gücləndirməyi və Atlantik okeanı sahillərində hərbi təlimlərə başlamağı əmr edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Venezolana de Televisión" məlumat yayıb.
"Venesuela müdafiə, sabitlik və sülh hüququna malikdir. Biz heç kimin təxribat və təhdidlərini qəbul etmirik. Venesuela təhdid və təxribatlara qətiyyət və vətənpərvərliklə cavab verir", - Maduro vurğulayıb.
Qeyd edək ki, Venesuela ilə yaranmış gərginlik fonunda Britaniya Qayana sahillərinə "Trent" patrul gəmisini göndərib.