Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Radanın deputatı: Kiyevin 500 min insanı səfərbər etməyə pulu yoxdur

Radanın deputatı: Kiyevin 500 min insanı səfərbər etməyə pulu yoxdur

Tarix: 29 Dekabr 2023 08:44

Ukraynanın 500 min insanı səfərbər etməyə pulu yoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, belə bir açıqlama ilə Ali Radanın deputatı Yaroslav Jeleznyak çıxış edib.

Onun sözlərinə görə, hazırda ümumi hərbi büdcə 1,6 trilyon qrivna təşkil edir. Lakin bu məbləğ artıq ordunun ehtiyaclarını ödəməyə kifayət etmir.

"Biz kadrları 500 min artırmaq istəsək, bu, üstəgəl 580 milyard qrivna olacaq. Təəssüf ki, biz bu cür pul tapa bilməyəcəyik", - Jeleznyak "Ukrayinska Pravda"ya müsahibəsində deyib.

Bu arada Ukraynanın Qərb "müttəfiqləri" ona dəstək verməkdə davam edir. Bundan əvvəl Pentaqon Kiyevə 250 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını açıqlamışdı.

Milli.Az


Etiketlər:  Radanın deputatı Kiyevin 500 min insanı səfərbər etməyə pulu yoxdur


RƏYLƏR