Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2024 17:20
Ukraynanın 2024-cü ildə əsas hərbi məqsədi Krımın təcrid olunmasıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "Ekonomist"ə (The Economist) müsahibəsində deyib.
"Krımın təcrid olunması və orada Rusiyanın hərbi potensialının deqradasiyası bizim üçün son dərəcə vacibdir. "Taurus" raketləri Ukraynaya 4 milyard dollarlıq Kerç körpüsünü dağıtmağa, Krım yarımadasını Rusiyadan təcrid etməyə və bölgədən hücumların sayını azaltmağa imkan verə bilər", - Zelenski bildirib.
Zelenski quru müharibəsinin problemlərini də açıqlayıb:
"Bizim vəzifəmiz Ukraynanın bu çox mühüm şəhərlərini - Xarkov, Dnepr, Zaporojye, Xerson, Nikolayevi xilas etmək, şərqi və cənubu, həmçinin ölkəmizin mühüm infrastrukturlarını qorumaqdır".