Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən il Antalya rekord sayda turist qəbul edib

Ötən il Antalya rekord sayda turist qəbul edib

Tarix: 2 Yanvar 2024 19:30

Ötən il Türkiyənin Antalya şəhəri 15 milyon 689 min 258 xarici turisti qəbul edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumatda deyilir.

Bildirilib ki, bununla da bütün zamanların rekordu əldə edilib.

Ötən il Antalya ən çox Rusiyadan - 3 milyon 461 min 762 turist qəbul edib. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 14 % çox olub.

Almaniyadan bu şəhərə 3 milyon 363 min 510 nəfər turist gəlib. Alman turistlərin sayında da 2022-ci illə müqayisədə 19 % artım olub.

Antalyaya Böyük Britaniyadan də xeyli sayda turist gəlib. Şəhərə 14,8% artımla 1 milyon 318 min 215 britaniyalı turist səfər edib.

Ötən il Polşadan da 1 milyon 68 min 150 nəfər tətil üçün Antalyaya üstünlük verib. Bu ölkədən gələn turistlərin sayında əvvəlki ilə nisbətən 39,60 % artım olub.

Antalyaya ən çox ziyarətçi göndərən ilk on ölkə müvafiq olaraq Niderland, Qazaxıstan, Rumıniya, Çexiya, İsrail və Ukrayna olub.

Milli.Az


Etiketlər:  Ötən il Antalya rekord sayda turist qəbul edib


RƏYLƏR