Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2024 19:52
Gürcüstanın Raça-Leçxumi-Kvemo Svaneti bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, zəlzələ Tbilisidən 260 kilometr aralıda qeydə alınıb.
Zəlzələnin episentri Amblouri şəhəri yaxınlığındakı Biji kəndi ərazisində 13 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib.
Bölgənin qubernatoru Papuna Marqvelidze bildirib ki, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.