Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlarla həmyerlimiz spirtli içkidən zəhərləndi

Onlarla həmyerlimiz spirtli içkidən zəhərləndi

Tarix: 3 Yanvar 2024 15:04

Qərbi Azərbaycan əyalətinin Maku şəhərində saxta spirtli içki qəbul edən 3 nəfər ölüb, 30 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Maku prokuroru Sabir Cəfəri məlumat verib.

O, saxta spirtli içkilər hazırlayan 4 nəfərin həbs edildiyini və barələrində cinayət işinin açıldığını bildirib.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə gizli və standartlara uyğun olmayan şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.


Etiketlər:  Onlarla həmyerlimiz spirtli içkidən zəhərləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ